back to homepage
əsas səhifəyə qayıtmaq
back to homepage
əsas səhifəyə qayıtmaq

AMFA Üzvlük

AMFA-ya necə üzv olmaq olar?

Birbaşa mikromaliyyə xidmətini göstərən və ya belə xidmətləri maliyyələşdirən təşkilatlar AMFA-ya üzvlüyə müraciət edə bilərlər. Üzvlər Azərbaycanda rəsmi qeydiyyatdan keçməlidirlər. Üzvlərimiz dayanıqlı mikromaliyyə üçün beynəlxalq standartlara cavab verən yüksək səviyyəli xidmət göstərməlidirlər.

Donor və investorlar isə Azərbaycanda mikromaliyyə üçün ən azı $200.000 sərmayə qoyduğunu nümayiş etdirməlidirlər.

Üzvlər bütün AMFA tədbirlərində iştirak edə bilərlər və AMFA üzvlüyünə səsvermədə iştirak etməlidirlər. Bütün üzvlər illik üzvlük haqqını ödəməlidirlər.

 

Əgər üzv olmağa maraqlısınızsa və təşkilatınızın fəaliyyəti AMFA üzvlüyünə uyğundursa, xahiş edirik, aşağıdakı müraciət formasını doldurub göndərəsiniz:

AMFA Üzvlüyə Müraciət Forması
(Word formatında)
AMFA Üzvlüyə Tövsiyə Məktubu
(Word formatında)

Müraciətinizə AMFA İdarə Heyəti tərəfindən baxıldıqdan sonra ümumi yığıncağın təsdiqinə təqdim olunacaqdır. İlkin rəylə bağlı sizə məlumat veriləcəkdir.

AMFA-ya üzv olaraq, siz təlim və konfranslarımızda güzəştli qiymətlə iştirak edə bilərsiniz, eyni zamanda mikromaliyyə üzrə müxtəlif layihələrdə iştirak etməklə əlavə faydalar əldə etmək imkanınız olacaqdır.

AMFA-ya üzv olmaq istəyən bütün təşkilatlar üzvlük müraciət formasını doldurmalı və aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Üzvlüyə müraciət forması;
  2. Rəsmi müraciət məktubu (AMFA-ya üzv olmaq üçün səbəblər, üzvlükdən gözləntilər qeyd olunmalıdır);
  3. Son il üçün Audit Hesabatı ;
  4. Nizamnamə və lisenziyanın nüsxəsi;
  5. Kredit Portfeli məlumatları (xahiş edirik, orta mikromaliyyə kreditlərinin həcmini və mikromaliyyə kreditlərinin müddətini də qeyd edəsiniz);
  6. Təşkilatın yaranma tarixi və hazırki fəaliyyəti haqqında 1 səhifəlik qısa məlumat;
  7. Son rüblük prudensial hesabat;
  8. AMFA üzvlərindən ən azı 2 tövsiyyə məktubu.

Ətraflı məlumat üçün member_services@amfa.az və ya amfa@amfa.az elektron poçt ünvanları və ya +994502084079 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.









© 2019 Azərbaycan Mikromaliyyə Assosasiyası

+994 12 437 16 45
+994 50 208 40 79